Bakı. Trend:
Naxçıvanda inteqrasiya çərçivəsində Elm və Təhsil Nazirliyinin 37 adda elektron məlumat bazasından 30-na qoşulma prosesi tamamlanıb.
Bu barədə Trend-ə Naxçıvan MR Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında təhsil müəssisələrinin və təhsilin idarəetmə orqanlarının Elm və Təhsil Nazirliyinin mövcud məlumat bazalarına və elektron xidmətlərinə inteqrasiyanın təmin edilməsi 2024-2025-ci tədris ilində də davam etdirilib.
"İnteqrasiya çərçivəsində Elm və Təhsil Nazirliyinin 37 adda elektron məlumat bazasından 30-na qoşulma prosesi tamamlanıb, növbəti tədris ilindən digər elektron məlumat bazalarına qoşulma prosesinin də yekunlaşdırılması nəzərdə tutulub", - deyə məlumatda qeyd edilib.