...

Portuqaliyada funikulyor qəzasında 15 nəfər həlak olub

Dünya xəbərləri Materials 4 Sentyabr 2025 00:00 (UTC +04:00)
Portuqaliyada funikulyor qəzasında 15 nəfər həlak olub

Bakı. Trend:

Portuqaliyanın paytaxtı Lissabonda funikulyor vaqonu relsdən çıxıb.

Trend-in məlumatına görə, bu barədə "CNN Portugal" televiziya kanalı polisdəki mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, hadisə nəticəsində 15 nəfər həlak olub.

Təcili yardım xidmətindən telekanala bildirilib ki, daha 9 nəfərin vəziyyəti ağırdır. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.

Bildirilir ki, qəza nəticəsində vaqon tam yararsız hala düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti