...

TAP-ın genişləndirilməsinin birinci mərhələsi qaz tədarüklərinin daha da artırılmasına yol açacaq

Energetika Materials 4 Sentyabr 2025 12:48 (UTC +04:00)
TAP-ın genişləndirilməsinin birinci mərhələsi qaz tədarüklərinin daha da artırılmasına yol açacaq
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik boru kəmərinin (TAP) genişləndirilməsinin birinci mərhələsi qaz tədarükünün daha da artırılmasına yol açacaq,

Trend bu barədə TAP AG konsorsiumuna istinadən xəbər verir.

“Mövcud ötürücülük qabiliyyətini tədricən artırmaqla, TAP Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə və onun karbonsuzlaşdırma hədəflərinə nail olmasına əlavə töhfə verə bilər”, - deyə məlumatda deyilir.

Konsorsiumdan bildirilib ki, TAP-ın güclərinin genişləndirilməsi bazara hər iki ildən bir keçirilən bazar sınaqları vasitəsilə təklif olunur.

Belə ki, 2021-ci ildə keçirilmiş bazar testi zamanı boru kəmərinin illik ötürücülük gücünün 1,2 milyard kubmetr artırılması ilə bağlı icbari sifarişlər qəbul edilmişdi. Bu genişləndirmə üzrə işlər planlı şəkildə irəliləyir və onların başa çatdırılması sayəsində artıq 2026-cı ilin əvvəlindən əlavə uzunmüddətli güc təmin ediləcək. Bu birinci mərhələ isə kifayət qədər bazar tələbi qeydə alınarsa, ötürücülük qabiliyyətinin daha da artırılması üçün əsas ola bilər”, - deyə TAP AG-dən bildiriblər.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazı Avropaya nəql edir. 877 kilometr uzanan boru xətti Türkiyə-Yunanıstan sərhədində (Kipoi) Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə birləşir və beləcə, Yunanıstan və Albaniya ərazilərindən, ardınca Adriatik dənizdən keçərək, İtaliyanın cənub sahillərinə çıxır.

TAP mövcud və potensial interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinin qazla təchizatına vasitəçilik edir. TAP 2022-ci ilin oktyabr ayından istismara verilmiş Yunanıstan-Bolqarıstan (IGB) interkonnektoruna da bağlıdır və onun vasitəsilə Xəzər qazı Bolqarıstana tədarük olunur. TAP-ın Yunanıstan və Albaniyaya, həmçinin, İtaliyanın cənub sahillərinə çıxışı Azərbaycan qazının daha böyük Avropa bazarlarına çıxışına əlavə imkanlar yaradır.

TAP-ın pay sahibləri bunlardır: bp (20 faiz), SOCAR (20 faiz), “Snam” (20 faiz), “Fluxys” (20 faiz), “Enagas” (20 faiz).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti