...

“Google” Fransada külli miqdarda cərimələnib

Dünya xəbərləri Materials 4 Sentyabr 2025 02:26 (UTC +04:00)
“Google” Fransada külli miqdarda cərimələnib

Bakı. Trend:

Fransanın İnformatika və Azadlıqlar üzrə Milli Komissiyası (CNIL) “Google” şirkətini 325 milyon avro cərimələyib.

Trend-in məlumatına görə, informatika nəhəngi reklamlar və kukilərlə bağlı qanunvericiliyin tələblərini pozmaqda ittiham olunur.

Bu, CNIL-in indiyədək tətbiq etdiyi ən böyük cərimədir. Daha əvvəl, 2022-ci ildə də şirkətə 150 milyon avro cərimə tətbiq edilmişdi.

“Google” şirkəti Fransada üçüncü dəfə cərimələnir. Şirkətə qarşı 2020-ci ildə 100 milyon, 1il sonra isə 150 milyon avro cərimə tətbiq edilib. Hər 3 cərimənin səbəbləri demək olar eynidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti