...

Azərbaycanın U-19 millisi yoldaşlıq oyununda İslandiyaya qalib gəlib

İdman Materials 4 Sentyabr 2025 04:03 (UTC +04:00)
Azərbaycanın U-19 millisi yoldaşlıq oyununda İslandiyaya qalib gəlib

Bakı. Trend:

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası “Slovenia Nations Cup” yoldaşlıq turnirində ilk oyununa çıxıb.

Trend-in məlumatına görə, U-19 İslandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Preddvor” stadionunda keçirilən görüş Elxan Abdullayevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 46-cı dəqiqədə Ziya Şəkərxanov və 55-ci dəqiqədə Şahin İbrahimov vurublar.

U-19 beynəlxalq turnir çərçivəsində növbəti oyununu sentyabrın 6-da Farer adaları yığmasına qarşı keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti