...

Məhkəmə ABŞ administrasiyasının Harvard qrantlarını bloklamasını qanunsuz hesab edib

Dünya xəbərləri Materials 4 Sentyabr 2025 04:47 (UTC +04:00)

Bakı. Trend:

Massaçusets məhkəməsi ABŞ administrasiyasının Harvard Universitetinə ayrılan 2,2 milyard dollardan çox qrantı dondurmaq qərarını qanunsuz hesab edib.

Trend-in məlumatına görə, bu barədə Hakim Ellison Berrouzun Massaçusets məhkəməsinin bazasında yerləşdirilən qərarında bildirilib.

Onun qərarına əsasən, ölkə rəhbərliyi “antisemitizmdən ölkənin aparıcı universitetlərinə qarşı məqsədyönlü, ideoloji motivli hücum üçün pərdə kimi istifadə edib”.

"Bu addımlar onilliklər boyu aparılan tədqiqatları və bu tədqiqatın nəticələrindən faydalanacaq şəxslərin rifahını təhlükə altına qoydu. Onlar həmçinin Konstitusiyada və federal qanunda təsbit olunmuş hüquqlara etinasızlıq nümayiş etdiriblər", - deyə sənəddə qeyd olunub.

Hakim qeyd edib ki, o, “antisemitizmlə [maliyyələşdirmənin dondurulması] təsirinə məruz qalan tədqiqat layihələri arasında heç bir açıq əlaqə görmür”.

Xəbər lenti

Xəbər lenti