...

ABŞ 2030-cu illərin əvvəllərində Marsa astronavt göndərməyə ümid edir - NASA

Dünya xəbərləri Materials 4 Sentyabr 2025 03:31 (UTC +04:00)
ABŞ 2030-cu illərin əvvəllərində Marsa astronavt göndərməyə ümid edir - NASA

Bakı. Trend:

ABŞ 2030-cu illərin əvvəllərində Marsa astronavt göndərməyə ümid edir.

Trend-in məlumatına görə, bu barədə nəqliyyat naziri - Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) direktoru vəzifəsini icra edən Şon Daffi deyib.

"Biz orada baza qurmağa başlamaq üçün Aya faydalı yüklər göndərməyə başlamaq və sonra 2030-cu illərin əvvəllərində Marsa getmək istəyirik. <...> Bu 8 ay müddətli missiya olacaq", - deyə o "Fox News" televiziya kanalına müsahibəsində deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti