Bakı. Trend:
Polşa prezidenti Karol Navrotski Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşünü dəyərləndirərkən, Vaşinqtonun Varşavaya təhlükəsizlik zəmanəti verməsindən xüsusi məmnunluq ifadə edib.
Trend-i məlumatına görə, bu barədə Polşanın "Polsat" televiziya kanalı xəbər verib.
"Prezident Tramp, və bu məni xüsusilə sevindirir, Polşaya təhlükəsizlik zəmanəti verib və hərbi sahədə əməkdaşlığımızı qeyd edib", - deyə o bildirib.
"Mən bu görüşü böyük uğur hesab edirəm, biz xüsusilə ABŞ-nin Polşadakı hərbi mövcudluğunun genişləndirilməsini müzakirə etdik", - deyə o bildirib.
Polşa prezidenti deyib ki, "cümə axşamı Pentaqonun rəhbəri Pit Heqset və Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Slavomir Çeçkieviç şübhəsiz ki, Polşaya fayda verəcək mövzuları müzakirə edəcəklər".