...

Day.az informasiya portalının 22 yaşı tamam olur

Cəmiyyət Materials 4 Sentyabr 2025 11:31 (UTC +04:00)
Day.az informasiya portalının 22 yaşı tamam olur
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Day.az informasiya portalının yaranma günüdür.

Trend-in xəbərinə görə, saytın fəaliyyətə başlamasından 22 il ötür.

Day.az Azərbaycanın internet məkanında həm daxilolma sayına, həm də oxuculara təqdim edilən imkanlara görə liderlərdən biri olmaqda davam edir. Son illər ərzində bu informasiya portalı dünyada ən son tendensiyalara uyğun olaraq texnoloji baxımdan yenilənib.

Day.az özünün @day.az poçt xidmətini, "NewsTube" videohostinqini, Azərbaycanın bütün bölgələri üzrə ətraflı hava proqnozunu təqdim edən "weather.day.az" platformasını, Heydər Əliyev Beynəlxalq hava limanında aviareyslərin onlayn cədvəlini (avia.day.az), ölkənin bütün banklarında valyuta məzənnələri xidmətini (azn.day.az) və bir çox digər xidmətləri əhatə edir.

İnformasiya portalının bu xüsusiyyətləri və imkanları ona Azərbaycanda ən çox ziyarət edilən saytlardan biri olmağa imkan verir.

Day.Az sosial şəbəkələrdə sürətlə populyarlaşır. Təkcə onu qeyd etmək kifayətdir ki, Day.Az Facebook səhifəsinin 209 000-dən çox real istifadəçisi, NewsTube video portalının isə 700 000-ə yaxın ziyarətçisi var. Bundan əlavə, portal öz Telegram və TikTok auditoriyasını fəal şəkildə genişləndirir. Cəmi bir neçə ay ərzində Day.Az-ın TikTok səhifəsi 19 000-dən çox abunəçi toplayıb və onun videoları milyonlarla baxış yığır.

Bundan əlavə, Day.Az Cənubi Qafqazın aparıcı rusdilli media orqanı kimi mövqeyini möhkəmləndirib, bunu müstəqil monitorinq platforması “Medialogia”nın son məlumatları sübut edir. Belə ki, platformanın məlumatına görə, Day.Az Azərbaycanda rus dilində fəaliyyət göstərən KİV-lərin media reytinqinə başçılıq edir.

Gürcüstanın media məkanında Day.Az bir sıra yerli resursları qabaqlayaraq 4-cü yerdədir. Day.Az və Trend Gürcüstan bazarında ilk on media resurslarına daxil olan yeganə Azərbaycan KİV-ləridir. Ermənistanda Day.Az yeganə Azərbaycan media orqanı olub ki, ardıcıl olaraq yerli media reytinqinə düşüb. Day.Az Ermənistanın ən populyar media qurumları onluğunda 8-ci yerdədir.

Day.az-da çalışan həmkarlarımızı təbrik edir, onlara işlərində uğurlar arzulayırıq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti