...

“Google” axtarış sistemində pozuntular yaranıb

Dünya xəbərləri Materials 4 Sentyabr 2025 12:26 (UTC +04:00)
“Google” axtarış sistemində pozuntular yaranıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünyanın müxtəlif ölkələrindən olan çoxsaylı istifadəçilər “Google” axtarış mühərrikində pozuntuların meydana gəldiyini bildirir.

Trend xəbər verir ki, bunu populyar proqram və tətbiqlərin fəaliyyətinin monitorinqini həyata keçirən “Downdetector” saytının məlumatları əks etdirir.

Ən çox şikayətlər Avropa ölkələrindən – o cümlədən, Almaniya, Niderland, Fransa, İtaliya, eləcə də, ABŞ və Hindistandan daxil olur.

Şikayətçilərin əksəriyyəti açar sözləri axtarışa verən zaman "Google"ın bu xidmətindən lazımınca yararlana bilmədiklərindən gileylənir. Ən çox şikayətlər Bakı vaxtı ilə 11:45-də daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti