...

150-dən çox isveçrəli şagird Azərbaycanı tanıdan layihədə (FOTO)

Cəmiyyət Materials 4 Sentyabr 2025 14:26 (UTC +04:00)
150-dən çox isveçrəli şagird Azərbaycanı tanıdan layihədə (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

UNESCO Günləri çərçivəsində İsveçrənin Zürix şəhərində “İnteqrasiya və İsveçrə” adlı layihə həyata keçirilib. Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirovun müəllifi və layihə rəhbəri olduğu layihə Zürixdəki gimnaziyaların birində 160 isveçrəli şagirdin iştirakı ilə baş tutub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbirin əsas məqsədi Azərbaycan mədəniyyətini tanıtmaq, multikultural dəyərləri təbliğ etmək və gənclər arasında qarşılıqlı inteqrasiyanı təşviq etmək olub. Layihə çərçivəsində şagirdlər Azərbaycanın zəngin tarixi, mədəni irsi və milli dəyərləri ilə bağlı geniş məlumat əldə ediblər.

Tədbirin ən yadda qalan hissələrindən biri isə İsveçrənin Cenevrə şəhərində yaşayan həmyerlimiz, rəqs müəllimi Mariya Xan-Xoyskayanın rəhbərliyi ilə təqdim olunan Azərbaycan milli rəqsləri olub. Rəqslər böyük maraqla qarşılanıb və bir çox şagird qısa müddət ərzində milli rəqslərimizi öyrənərək səhnədə nümayiş etdirib.

Sonda iştirakçılar layihə ilə bağlı təəssüratlarını bölüşüb, Azərbaycan mədəniyyətinin rəngarəngliyindən və rəqslərin ruhlandırıcı təsirindən danışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti