...

Niderland polisi Amsterdam partlayışları ilə əlaqədar genişmiqyaslı araşdırmaya başlayıb

Dünya xəbərləri Materials 4 Sentyabr 2025 14:40 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amsterdam polisi son həftə ərzində şəhərin küçələrinin birində baş vermiş silsilə partlayışlardan sonra genişmiqyaslı araşdırmaya başlayıb.

Trend xəbər verir ki, bu barədə polis idarəsinin mətbuat xidməti məlumat yayıb.

“Polis genişmiqyaslı araşdırma aparır və yeni saxlanılmaların olacağı istisna edilmir”, - idarənin rəsmisi bildirib.

Hüquq-mühafizə orqanları sentyabrın 3-də sözügedən küçədə yerləşən evlərin birinin qarşısına detonator quraşdıran 14 yaşlı yeniyetmənin saxlanılması faktını təsdiqləyib. Onun ölkədə baş vermiş başqa insidentlərlə əlaqəsinin olub-olmadığı yoxlanılır.

Məlumata əsasən, o, partlayıcı qurğunu işə salmağa çalışsa da, detonator aktivləşməyib. Həmin küçədə ötən həftə ərzində 3 partlayış baş verib. Amsterdam bələdiyyəsi bununla əlaqədar həmin rayona bir ay müddətinə müşahidə kamerası quraşdırmağa qərar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti