...

“Google” istifadəçiləri 425 milyon dollar təzminat ödəyəcək

Dünya xəbərləri Materials 4 Sentyabr 2025 11:17 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Google” şirkəti ayarlarda məlumatların toplanılması seçimindən imtina etmiş istifadəçilərin şəxsi məlumat toxunulmazlığını pozduğuna görə 425 milyon dollar həcmində təzminat ödəyəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, iddaçı tərəfin tələbinin təmin olunduğu qərar San-Fransiskonun andlı münsiflər məhkəməsində çıxarılıb.

İddiaya görə, istifadəçilər Google hesabın ayarlarında “üçüncü proqramlardan məlumatların toplanılması” ilə bağlı funksiyanı deaktivləşdirsilər də, korporasiya məlumat toplamağa davam edib.

"Google" isə qərarı çıxaran münsiflərin şirkətin məhsullarının necə işlədiyini düzgün başa düşmədiklərini və buna görə apellyasiya şikayəti verməyi planlaşdırdıqlərını açıqlayıb.

“Bizim məxfilik alətlərimiz insanlara öz məlumatları üzərində nəzarət imkanı verir və onlar fərdiləşdirməni söndürdükdə, biz həmin seçimi hörmətlə qəbul edirik”,-deyə "Google" sözçüsü Xose Kastaneda bəyanatında qeyd edib.

İddiaçıların məhkəmə iddiasında bildirilir ki, "Google", “Veb və Tətbiq Fəaliyyəti” ayarlarında yer alan məxfilik təminatlarını pozaraq istifadəçilərin mobil tətbiq fəaliyyəti ilə bağlı məlumatları toplayıb və satıb.

2020-ci ilin iyulunda verilmiş bu iddia təxminən 98 milyon Google istifadəçisini ehtiva edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti