Bakı. Trend:
Avropa İttifaqı və Böyük Britaniyanın ardınca Kanada hökuməti də Ukrayna münaqişəsinə görə Rusiya neftinin qiymət tavanını 47,60 dollara endirib.
Trend xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi saytında bildirilir.
“Avropa İttifaqı və Birləşmiş Krallığın bu yaxınlarda elan etdiyi ölçülərlə əlaqələndirilmiş şəkildə Kanada Rusiyanın xam neftinin qiymət tavanını bir barelə görə 60 dollarda 47,6 barelə endirib.”, -deyə hökumət bildirib.
Müvafiq qərar sentyabrın 3-dən etibarən qüvvəyə minib. Beləcə rəsmi Ottava Rusiyanın enerjidaışıyıcıları ixracatından gəlir götürmək imkanlarını məhdudlaşdırmağa çalışır.
Qeyd edək ki, iyul ayında Avropa İttifaqı Rusiyaya qarşı, o cümlədən onun neft-qaz sektoruna hədəflənmiş geniş-miqyaslı məhdudlaşdırıcı ölçüləri nəzərdə tutan sayca 18-ci sanksiyalar paketini təsdiqləyib.