...

Hazırda 78 repatriantla sosial reabilitasiya işi aparılır

Cəmiyyət Materials 4 Sentyabr 2025 11:07 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend%:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən hazırda 78 repatriantla sosial reabilitasiya işi aparılır.

Trend xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilib ki, ölkəmizə repatriasiya olunmuş hər bir şəxsin ilk növbədə sosial-psixoloji qiymətləndirilməsi aparılaraq, sosial reabilitasiya planı hazırlanır. Bu plan üzrə sosial işçi və psixoloqlar tərəfindən sosial reabilitasiya prosesi həyata keçirilir.

Agentlik ümumiilikdə ötən dövrdə 560 repatriantı sosial reabilitasiya xidmətlərinə cəlb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti