...

İzmirdə külək enerjisi şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)

Energetika Materials 4 Sentyabr 2025 15:48 (UTC +04:00)
İzmirdə külək enerjisi şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İzmirdə Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyə Külək Enerjisi Birliyi (TÜREB) İdarə Heyətinin sədri İbrahim Erden və “Nordex Qrupu”nun İdarə Heyətinin üzvü İbrahim Özarslan arasında görüşlər keçirilib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşlərdə şirkətlərin külək enerjisi sahəsində fəaliyyəti, o cümlədən külək turbinləri və komponentlərin istehsalı, texniki xidmət və kadrların hazırlanması sahələrində təcrübəsi barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanın quruda və dənizdə külək enerjisi istehsalı və ixracı layihələri barədə məlumat verilib. Külək turbinlərinin və avadanlıqlarının yerli istehsalı perspektivləri və bu xüsusda əməkdaşlıq imkanları müzakirə edilib. Külək turbinləri və avadanlıqlarının yerli istehsalı perspektivləri, habelə bu istiqamətdə əməkdaşlıq imkanları müzakirə edilib. Şirkətlər mövcud vəziyyəti və tərəfdaşlıq potensialını yerində dəyərləndirmək məqsədilə Azərbaycana dəvət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti