Bakı. Trend:
Əfqanıstanın şərqində, Hindukuş dağlarında 6,1 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 200 min nəfərin yaşadığı Cəlalabad şəhərindən 46 km şimal-şərqdə, ocağı isə 42 km dərinlikdə yerləşib.