Bakı. Trend:
Dünya Çempionatı 2026-nın Avropa zonası üzrə seçmə mərhələsi oyunlarına start verilib.
Trend xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib.
A qrupunda Almaniya millisi səfərdə Slovakiyanın qonağı olub və görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
E qrupunda İspaniya Bolqarıstanı 3:0 hesabı ilə məğlub edib. Türkiyə millisi isə Gürcüstanın qonağı olub və qarşılaşmanı 3:2 hesabı ilə qazanıb.
Qazaxıstan - Uels 0:1
Litva - Malta 1:1
Gürcüstan - Türkiyə 2:3
Lixtenşteyn - Belçika 0:6
Hollandiya - Polşa 1:1
Bolqarıstan - ispaniya 0:3
Lüksemburq - Şimali İrlandiya 1:3
Slovakiya - Almaniya 2:0