...

III MDB Oyunlarının Təşkilat Komitəsinin 3-cü iclası keçirilib (FOTO)

İdman Materials 4 Sentyabr 2025 21:17 (UTC +04:00)
III MDB Oyunlarının Təşkilat Komitəsinin 3-cü iclası keçirilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 4-də Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifovun sədrliyi ilə III MDB Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin 3-cü iclası keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Gənclər və İdman Nazirliyinin nəzdində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Oyunlara hazırlıq işləri barədə təqdimatları dinlənilib.

O cümlədən hava limanı əməliyyatları, nəqliyyat, təhlükəsizlik, uniforma, akkreditasiya, brendinq, tədbirlər, mükafatlandırma, bilet sistemi, logistika, iaşə xidmətləri, təmizlik və tullantıların idarə olunması, inzibati işlər, insan resursları və işçi qüvvəsi, III MDB Oyunları könüllülər proqramı, məkanların idarə olunması, media xidmətləri və kommunikasiya, informasiya texnologiyaları və yayım, idman əməliyyatları, açılış və bağlanış mərasimlərinə hazırlıq, idman qurğularının Oyunlara hazırlığı istiqamətlərində aparılan işlər barədə məlumat verilib.

Xəbər lenti

Xəbər lenti