Bakı. Trend:
Fransada COVID-19 virusu yenidən yayılmağa başlayıb.
Trend xəbər verir ki, bu barədə ölkənin İctimai Səhiyyə Agentliyi məlumat yayıb.
Bildirilib ki, avqustun sonunda virusa yoluxma 15 yaşadak uşaqlarda 20, 15-74 yaş arasında olanlarda isə 12 faiz artıb.
Cenevrə Universitetinin professoru Antuan Flaol bu cür halların digər Avropa ölkələrində və Amerika Birləşmiş Ştatlarında da müşahidə olunduğunu bildirib. O, növbəti aylarda virusun daha geniş yayıla biləcəyini söyləyib.