...

Konor Makqreqor prezidentliyə namizədliyini irəli sürmək üçün xalqa müraciət edib

Dünya xəbərləri Materials 4 Sentyabr 2025 22:21 (UTC +04:00)
Konor Makqreqor prezidentliyə namizədliyini irəli sürmək üçün xalqa müraciət edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor İrlandiya xalqını onun prezidentliyə namizədliyini dəstəkləməyə çağırıb.

Trend xəbər verir ki, Makqreqor bu məqsədlə sosial media hesabında növbəti müraciətini yayımlayıb.

O, çıxışında ölkədə əsl dəyişiklik vaxtının çatdığını bildirib: “Prezident kimi xalq tərəfindən təsdiqlənməyən heç bir qanunu imzalamayacağam. Əgər mənim adımı prezidentliyə namizədlərin seçki bülletenində görmək istəyirsinizsə, bu gün yerli şəhər şuranızla əlaqə saxlayın və mənim namizədliyimi irəli sürmələrini xahiş edin”, – deyə Makqreqor qeyd edib.

O, şəhər şuralarının ölkə həyatında mühüm rol oynadığını vurğulayıb və vətəndaşları dərhal hərəkətə keçməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti