...

Şamaxıda “Sərin Meşə” restoranında nöqsanlar aşkarlanıb (FOTO)

Cəmiyyət Materials 4 Sentyabr 2025 17:32 (UTC +04:00)
Şamaxıda “Sərin Meşə” restoranında nöqsanlar aşkarlanıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şamaxı rayonu, Bakı-Qazax yolunun 144-cü kilometrliyində yerləşən, fiziki şəxs Sabirov Qabil Əlisahab oğluna məxsus “Sərin Meşə” restoranında yoxlama keçirib.

Trend xəbər verir ki, bu barədə AQTA məluymat yayıb.

Bildirilib ki, baxış zamanı restoranın mətbəx sahəsində sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən edilib.

Belə ki, işçi heyətin tibbi müayinədən keçmədiyi, işçi masaların gigiyenik səthlə təmin olunmadığı, döşəmə və divar səthinin asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək restoranın fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti