...

Azərbaycandan "JetBrains"lə əməkdaşlığa dair müraciətlər daxil olub - Andrey İvanov

İqtisadiyyat Materials 4 Sentyabr 2025 18:03 (UTC +04:00)
Azərbaycandan "JetBrains"lə əməkdaşlığa dair müraciətlər daxil olub - Andrey İvanov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda maraqlı tərəflərlə danışıqlar aparmağa davam edəcəyik.

Bu sözləri "JetBrains" şirkətinin İnsan resursları, tədqiqat və investisiyalar üzrə baş vitse-prezidenti Andrey İvanov Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalı 2025 kuluarlarında Trend-ə açıqlamasında deyib.

O, təmsil etdiyi şirkət ilə Azərbaycan arasında gələcək əməkdaşlıq barədə danışmağın hələ erkən olduğunu bildirib:

"Lakin düşünə biləcəyimiz və çox güman ki, edəcəyimiz əməkdaşlıq Azərbaycanın orta məktəb sistemi ilə ola bilər. Çünki bizim bir neçə universitet layihəmiz var. Bremen şəhərindəki "Constructor University" tərəfdaşımızdır. Həmçinin, Pafosda bir universitetimiz var ki, hazırda orada müsabiqədə iştirak edir. Biz ən istedadlı uşaqları, yəni orta məktəbi bitirənləri bu universitetlərdə təhsil almağa cəlb etməyə çalışırıq. Azərbaycan isə bu baxımdan çox perspektivli ölkələrdən biridir. Beləliklə, bu mümkün əməkdaşlıqdır.

Bizə Azərbaycandan "JetBrains"lə əməkdaşlıq etmək üçün bir neçə müraciətlər daxil olub. Amma yaxın müddətdə olmasa da, qarşıdakı dövrlərdə şirkətimizin Azərbaycana da qatqısının olmasını istərdik".

O vurğulayıb ki, ümumiyyətlə, təhsil sisteminə kömək etmək üçün yerli tərəfdaş lazımdır:

"Çünki "JetBrains" nə edə bilər? "JetBrains" pul verə bilər, tədris materialları göndərə və eləcə də, müvafiq alətlər təqdim edə bilər. Bununla yanaşı, "JetBrains" ən istedadlı uşaqları bəzi düşərgələrimizə dəvət edə bilər. Amma bütün bunların gerçəkliyə çevrilməsi üçün bizə yerli tərəfdaş lazımdır".

"Biz açılış naharında Azərbaycan Mərkəzi Bankının nümayəndələri ilə çox yaxşı söhbət etdik. Beləliklə, bu yaxşı əməkdaşlığın başlanğıcı ola bilər. Azərbaycanda maraqlı tərəflərlə danışıqlar aparmağa davam edəcəyik", - deyə Andrey İvanov fikrini yekunlaşdır

Xəbər lenti

Xəbər lenti