...

Avropa Rusiyadan neft almağı dayandırmalıdır - Tramp

Dünya xəbərləri Materials 4 Sentyabr 2025 20:50 (UTC +04:00)
Avropa Rusiyadan neft almağı dayandırmalıdır - Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Parisdə “Könüllülər koalisiyası”nın iclasının iştirakçıları ilə telefon danışığı zamanı bildirib ki, ölkələr Rusiyadan neft almağı dayandırmalıdır.

Trend xəbər verir ki, bu barədə “Reuters” Ağ Evin sözçüsünə istinadən məlumat yayıb.

“Fransa Prezidenti Emmanuel Makron və Avropa liderləri görüş zamanı Prezident Trampa zəng ediblər. Tramp söhbət zamanı Avropanın Rusiya neftini almağı dayandırmalı olduğunu vurğulayıb” - məlumatda qeyd olunur.

ABŞ Prezidenti vurğulayıb ki, Avropa liderləri Rusiya ilə ticarət əlaqələrini saxlamaq üçün Çinə iqtisadi təzyiq göstərməlidirlər.

Xəbər lenti

Xəbər lenti