Bakı. Trend:
ICPC Fondu ADA Universitetinə 100 min ABŞ dolları məbləğində qrant təqdim edib.
Trend xəbər verir ki, Beynəlxalq Tələbə Proqramlaşdırma Olimpiadası (ICPC) Fondunun prezidenti Bill Pauçer bunu Bakı şəhərində keçirilən 49-cu ICPC Dünya Finalının bağlanış mərasimində açıqlayıb.
“O fond ICPC Universitet ADA-ya 100 min ABŞ dolları məbləğində qrant təqdim edir. Bu, universitetdə ICPC icmasını dəstəkləmək məqsədilə verilən bir qrantdır. Siz onu ICPC-ni təşviq etmək üçün istədiyiniz şəkildə istifadə edə bilərsiniz. Məsələn, tələbələr üçün təqaüdlər, bu kimi xüsusi tədbirlər üçün istifadə oluna bilər", - deyə o bildirib.
"Onu komandaların digər ölkə və şəhərlərdə keçirilən yarışlara səfərləri üçün də istifadə etmək olar", - deyə B. Pauçer əlavə edib.