...

Mərkəzi Bank və Çin Xalq Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

İqtisadiyyat Materials 4 Sentyabr 2025 16:28 (UTC +04:00)
Mərkəzi Bank və Çin Xalq Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı və Çin Xalq Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankının saytına istinadən xəbər verir.

Memorandum iki qurum arasında əməkdaşlığın hüquqi bazasının formalaşdırılması, əlaqələrin gücləndirilməsi, həmçinin, qabaqcıl təcrübə istiqamətində məlumat mübadiləsinin aparılmasına töhfə verəcək.

Bununla yanaşı, qurumlar monetar siyasət, maliyyə sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları üzrə məsələləri müzakirə etmək üçün görüş, seminar və işgüzar səfərlərin keçirilməsi sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti