...

Pambığa görə məhsul subsidiyasının miqdarı artırılıb

Cəmiyyət Materials 4 Sentyabr 2025 16:21 (UTC +04:00)
Pambığa görə məhsul subsidiyasının miqdarı artırılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Aqrar Subsidiya Şurası 2026-cı təsərrüfat ilində pambığa görə məhsul subsidiyasını artırmaq barədə qərar qəbul edib.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Qərara əsasən, müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrində becərilmiş və tədarük məntəqələrinə təhvil verilmiş pambığın hər tonuna görə fermerlərə 215 manat subsidiya ödəniləcək.

Müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələrində becərilərək tədarük məntəqələrinə təhvil verilmiş pambığın hər tonuna görə isə fermerlər 200 manat subsidiya alacaqlar.

Pambığa görə məhsul subsidiyası yalnız Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Yevlax, Zərdab rayonlarına, habelə Cəlilabad rayonun Günəşli və Təzəkənd kəndlərinə və Ucar rayonunun Xələc kəndlərinin əkin sahələrində becərilən pambığa görə veriləcək.

2026-cı təsərrüfat ilində EKTİS-ə daxil edilmiş məlumatlar və sənədlər əsasında hesablanmış orta məhsuldarlığı 15 sent/ha və daha aşağı olan fermerlərə, habelə bir fermer üzrə orta məhsuldarlığın 60 sent/ha-dan yuxarı olan hissəsinə görə məhsul subsidiyası ödənilməyəcək.

Fermerlər Aqrar Subsidiya Şurasının qəbul etdiyi qərarın tam mətni ilə bu linkdən tanış ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti