Bakı. Trend:
Ukraynaya beynəlxalq qoşunların yeridilməsi ilə bağlı Rusiyanın fikirləri bizi maraqlandırmamalıdır.
Trend xəbər verir ki, belə bir sərt bəyanatla NATO baş katibi Mark Rutte çıxış edib.
“Bizi Ukraynaya xarici qoşunların yeridilməsi ilə bağlı Rusiyanın fikirləri niyə maraqlandırmalıdır axı? Bu, suveren dövlətdir. Rusiyanın buna heç bir aidiyyəti yoxdur”, - deyə Şimali Atlantik Alyansın rəhbəri deyib.
Ruttenin fikrincə, əgər Ukrayna ölkə ərazisində “təhlükəsizliyi təmin edəcək qüvvələrin” yerləşdirilməsini istəyirsə, bu, yalnız onun öz işidir və bu məsələdə başqa heç kim qərar qəbul edə bilməz.