Bakı. Trend:
Naməlum şəxslər Fransanın Limoj kommunasında yerləşən Adrian Dyubuşe adına Milli Farfor Muzeyini qarət ediblər.
Trend bu barədə Fransa KİV-ə istinadən xəbər verir.
Oğrular sentyabrın 4-nə keçən gecə muzeyə daxil olaraq ümumi dəyəri ən azı 9,5 milyon avro olan eksponatları aparıblar.
Məlumata görə, həmin eksponatlar bir zəngin kolleksiyaçıya məxsus olub və Çin farforuna həsr olunmuş müvəqqəti sərgidə nümayiş etdirilirdi. Muzeyə naməlum şəxslərin qanunsuz olaraq daxil olmaları barədə gecə saatlarında xəbər tutulub. İşçilər pəncərələrdə şübhəli izlər görüblər.
Hazırda insidentlə bağlı istintaq aparılır. Mütəxəssislər dəymiş ziyanı qiymətləndirməyə davam edirlər.