...

"Huawei" Azərbaycanda süni intellekt və rəqəmsal iqtisadiyyatın inkişafı strategiyalarına dəstək olmaqda maraqlıdır

İqtisadiyyat Materials 4 Sentyabr 2025 17:42 (UTC +04:00)
"Huawei" Azərbaycanda süni intellekt və rəqəmsal iqtisadiyyatın inkişafı strategiyalarına dəstək olmaqda maraqlıdır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Gələcək nəsil istedadlarını akademiyalar vasitəsilə dəstəkləyərək və bu gələcək nəsil istedadları vasitəsilə Azərbaycanda daha güclü iqtisadi mərkəz yaratmağa başlamaq olar.

Bunu "Huawei" şirkətinin baş icraçı redaktoru Allen Qavin Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalı 2025 kuluarlarında Trend-ə açıqlamasında deyib.

O, "Huawei"in artıq iki onillikdir ki Azərbaycanla əməkdaşlıq etdiyini xatırladıb və daha sonra hədəflərdən danışıb:

"Huawei" Azərbaycan tərəfindən müəyyən edilmiş süni intellekt və rəqəmsal iqtisadiyyatın inkişafı strategiyalarına dəstək olmaq, ekosistemi qurmaq üçün həqiqətən maraqlıdır. Heç nəyi tərəfdaşlıq və əməkdaşlıq olmadan qura bilməzsiniz, yalnız bizneslər və dövlət orqanları arasında deyil, həm də universitet şəbəkələri və daha geniş ekosistem daxilində əməkdaşlıq vacibdir.

Biz bütün bu sahələrdə iştirak etməkdə maraqlıyıq. Gələcək nəsil istedadlarını akademiyalar vasitəsilə dəstəkləyərək və bu gələcək nəsil istedadları vasitəsilə Azərbaycan bölgəsində daha güclü iqtisadi mərkəz yaratmağa başlamaq olar".

A.Qavin "Huawei"nin qlobal təcrübəsi əsasında Azərbaycanda kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsinə və rəqəmsal transformasiyanın inkişafına necə töhfə verə biləcəyindən bəhs edib:

"Həqiqət budur ki, "Huawei"in təcrübəsinin töhfəsi, ümid edirik ki, bizim sahib olduğumuz təcrübə, innovasiyalar və texnologiya ilə təmin olunur. Bizdə artıq 140 000-dən çox aktiv patent mövcuddur. Lakin bu, çoxtərəfli bir prosesdir, yəni biz töhfə verərkən, eyni zamanda, Azərbaycandakı gənc insanlar, hökumət və institutlardan aldığımız dəstək vasitəsilə özümüz də böyük təcrübə əldə edirik. Bu, qarşılıqlı fayda yaradır".

Şirkət rəsmisi "Huawei" və Azərbaycan arasında birgə təşəbbüslərin yerli İKT istedadlarının və innovasiya ekosistemlərinin inkişafına necə töhfə verə biləcəyini dəyərləndirib:

"Bizim bir sıra təşkilati proseslərimiz var. Məsələn, təcrübə proqramları, usta-tələbə proqramları, təlim düşərgələri, müsabiqələr, akademiya və universitetlərə dəstək, həmçinin, universitet müəllimləri üçün 5G və süni intellekt sahəsində təlim proqramları. Bütün bunlar əməkdaşlıq səyləridir və düşünürəm ki, bu, həm "Huawei" şirkəti üçün, həm də Azərbaycan üçün qarşılıqlı faydalı bir baza yaradır. Əlavə olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanda "Huawei"də işləyən insanların əksəriyyəti azərbaycanlıdır, yəni bu onlar və biz deyil, bizik".

"Məncə, əməkdaşlıqda əsas məqam açıq olmaq, daima paylaşmaqdır, sadəcə kiməsə nə etməli olduğunu söyləmək yox. Bəli, göstəriş verə bilərsiniz, amma ICPC-də olduğu kimi, siz daima başqalarından öyrənirsiniz. Biz bir sıra patentlər, 5G təcrübəsi və biliklər inkişaf etdirmişik, lakin daima öyrənir və uyğunlaşırıq, buna görə patentlərimizə əlavə edirik", - deyə A.Qavin fikrini yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti