...

ICPC Dünya Finalını dəstəkləyən yerli komanda olaraq istedadlara yatırım etmək vizyonundan ilham aldıq - Taleh Kazımov

İqtisadiyyat Materials 4 Sentyabr 2025 18:49 (UTC +04:00)
ICPC Dünya Finalını dəstəkləyən yerli komanda olaraq istedadlara yatırım etmək vizyonundan ilham aldıq - Taleh Kazımov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Biz Bakıda keçirilən ICPC Dünya Finalını dəstəkləyən yerli komanda olaraq innovasiyalara, texnologiyalara və hər şeydən əvvəl istedadlara yatırım etmək vizyonundan ilham aldıq.

Trend xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu barədə Bakıda keçirilən 49-cu Beynəlxalq Tələbə Proqramlaşdırma Olimpiadası (ICPC) Dünya Finalının bağlanış mərasimində bildirib.

“Bizim üçün sizi qəbul etmək və ölkəmizin zəngin irsi, gözəl Bakı şəhərini bölüşmək böyük şərəfdir. Biz bu yarışmanı dəstəkləyən yerli komanda olaraq innovasiyalara, texnologiyalara və hər şeydən əvvəl istedadlara yatırım etmək vizyonundan ilham aldıq. Xüsusilə də istedadlara, çünki məhz siz gələcək dəyişikliklərin hərəkətverici qüvvəsisiniz. Mən səmimi ümid edirəm ki, evə dönərkən yarışmanın xatirələrini saxlayacaqsınız, amma həm də mədəniyyətimizin ruhunu, qonaqpərvərliyimizin istiliyini və əlbəttə ki, bu günlər ərzində qazandığınız uzunmüddətli dostluğu xatırlayacaqsınız", – T.Kazımov bildirib.

Sədr vurğulayıb ki, hansı komandanın daha üstün olacağını böyük maraqla izləyib.

“Mən anladım ki, sizin yazdığınız alqoritmlər sadəcə kod sətrləri deyil. Onlarda sizin yaradıcılığınız, səbriniz və ən əsası, komanda işiniz əks olunub. Siz dünya liderləri və istedadları icmasının bir hissəsinə çevrilirsiniz ki, onlar planetimizin rəqəmsal gələcəyini formalaşdıracaqlar. Tapşırıqları həll etməyə davam edin, yeniliklər yaratmağa davam edin və ən əsası bu dünyanın ləyaqətli vətəndaşları olaraq qalın".

Xəbər lenti

Xəbər lenti