...

Dünya şöhrətli modelyer Armani vəfat edib

Dünya xəbərləri Materials 4 Sentyabr 2025 17:26 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya şöhrətli italiyalı modelyer, onun adını daşıyan brendin qurucusu olan Corco Armani 91 yaşında vəfat edib.

Trend xəbər verir ki, bu barədə "Reuters" öz mənbələrinə istinadən məlumat yayıb

Corco Armani (tam adı Giorgio Armani) 1934-cü il 11 iyulda İtaliyanın Piacenza şəhərində anadan olub.

O, əvvəlcə tibb təhsili alıb, lakin sonradan dəb sənayesinə maraq göstərərək bu sahəyə yönəlib.

1975-ci ildə özünün “Giorgio Armani” brendini yaradıb və qısa müddətdə dünyanın ən nüfuzlu dizaynerlərindən birinə çevrilib. Armani zərif, minimalistik üslubu ilə tanınır və onun kolleksiyaları qlobal dəb dünyasında yüksək qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti