...

Ağdərədə yanğın törədənlər saxlanılıblar

Cəmiyyət Materials 4 Sentyabr 2025 19:59 (UTC +04:00)
Ağdərədə yanğın törədənlər saxlanılıblar
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabr 3-də Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb reylefli dağlıq ərazidə yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, araşdırmalarla qaynaq işləri apararkən ehtiyasızlıqdan əməli törədən şəxslər - 56 yaşlı Elçin Bağırov, 38 yaşlı Xəyyam Ağayev və 27 yaşlı Asif Qəhrəmanov saxlanılıblar.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Xəbər lenti

Xəbər lenti