...

"Telegram" hücumları ilə bağlı araşdırma başladılıb - RƏSMİ

Cəmiyyət Materials 4 Sentyabr 2025 17:44 (UTC +04:00)
"Telegram" hücumları ilə bağlı araşdırma başladılıb - RƏSMİ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

“Telegram” mesajlaşma tətbiqi üzərindən həyata keçirilən yeni kiberhücum dalğası ilə bağlı Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici Analizi Laboratoriyası (MRLab) tərəfindən araşdırma başladılıb.

Trend xəbər verir ki, bu barədə Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda kibercinayətkarların müəyyənləşdirilməsi, həmçinin insidentlərin miqyası və təsirinin qiymətləndirilməsi istiqamətində MRLab tərəfindən tədqiqat işləri davam etdirilir.

İlkin araşdırma nəticələri ilə bağlı XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) saytında tanış ola bilərsiniz.

Link: https://cert.gov.az/az/articles/telegram-istifadecilerine-qarsi-heyata-kecirilen-kiberhucumun-ilkin-tedqiqati

Xəbər lenti

Xəbər lenti