Bakı. Trend:
ABŞ Ekvadorda hərbi baza yaratmaq və qoşunlarını ora yerləşdirmək imkanlarını nəzərdən keçirir.
Trend xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Ekvadorun xarici işlər naziri Qabriela Sommerfeldlə birgə keçirdiyi mətbuat konfransında açıqlayıb.
Rubionun sözlərinə görə, ABŞ hərbçilərinin ölkədə uzunmüddətli yerləşdirilməsi məsələsi müzakirə olunub: “Biz bunu, əlbəttə ki, Ekvador hökuməti ilə əməkdaşlıq çərçivəsində nəzərdən keçiririk. Bu, birgə təlimlərə, əməliyyatlara və ümumi təhdidlərə cavab verməyə imkan yaradacaq”.
Diplomat xatırladıb ki, ABŞ əvvəllər də Ekvador ərazisində hərbi baza saxlayıb, lakin 2009-cu ildə keçmiş prezident Rafael Korreaın qərarı ilə qoşunlarını geri çəkməyə məcbur olub.
Rubio həmçinin bildirib ki, ABŞ Ekvadorun təhlükəsizlik ehtiyaclarına, o cümlədən “narkotik və cinayətlə mübarizə” sahəsinə dəstək üçün 13,5 milyon dollar ayıracaq.