...

Donald Trampın oğlu Erik Tramp milyarder olub

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 01:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın 41 yaşlı oğlu Erik Tramp milyarder statusu qazanıb.

Trend xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb.

Bildirilir ki, Erik Tramp “American Bitcoin” şirkətində sahib olduğu səhmlərin kəskin qiymət artımı sayəsində milyarder olub. Kiçik Tramp şirkətin həmtəsisçisi və strategiya üzrə direktordur. Sentyabrın 3-də səhmlərin qiymətinin yüksəlməsi nəticəsində onun payının dəyəri 950 milyon dollara çatıb.

Xəbər lenti

Xəbər lenti