...

Kanadada bıçaqlarla hücum nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 02:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanadanın Manitoba əyalətinin Hollou Uoter icmasında yerli ailəyə qarşı bıçaqla hücum baş verib, nəticədə 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə CBC telekanalı polisə istinadla məlumat yayıb.

Yaralılar Vinnipeq Tibb Elmləri Mərkəzinin təcili yardım şöbəsinə yerləşdirilib, onlardan ikisi helikopterlə xəstəxanaya çatdırılıb.

Kanada polisi hücumda şübhəli bilinən şəxsin də öldürüldüyünü açıqlayıb. Hadisə ilə əlaqədar magistral yol müvəqqəti olaraq bağlanıb.

Xəbər lenti

Xəbər lenti