...

Gürcüstan və Türkiyə gənclər sahəsində əməkdaşlığı gücləndirir

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 03:27 (UTC +04:00)
Gürcüstan və Türkiyə gənclər sahəsində əməkdaşlığı gücləndirir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi ilə Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Trend xəbər verir ki, sənədin əsas məqsədi gənclər siyasəti sahəsində tərəfdaşlığın gücləndirilməsi istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsidir. Memorandumu Gürcüstanın təhsil naziri Qivi Mikanadze və Türkiyənin nazir Osman Aşkın Bakin imzalayıblar.

Qivi Mikanadze bildirib ki, yeni əməkdaşlıq strukturlaşdırılmış dialoq, birgə təşəbbüslər və strateji planlaşdırma yolu ilə Gürcüstan və Türkiyə arasında çoxillik tərəfdaşlığın dərinləşdirilməsi baxımından irəliyə doğru atılan addımdır.

Osman Aşkın Bakin isə iki ölkənin nazirlikləri arasında uğurlu tərəfdaşlığı vurğulayıb və gürcü tərəfin birgə gənclik proqramlarının inkişafına hazırlığını təsdiqləyib.

Qeyd olunub ki, memorandum çərçivəsində Gürcüstan və Türkiyə gəncləri üçün birgə layihələr həyata keçiriləcək, o cümlədən gənclər düşərgələri, forumlar, konfranslar, seminarlar, tədris səfərləri və digər mühüm fəaliyyətlər təşkil ediləcək. Bu isə gəncliyin inkişafı və ikitərəfli əməkdaşlığın güclənməsinə xidmət edəcək.

Xəbər lenti

Xəbər lenti