...

Tailandda yeni baş nazir seçkiləri üçün parlament sessiyası keçiriləcək

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 05:47 (UTC +04:00)
Tailandda yeni baş nazir seçkiləri üçün parlament sessiyası keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tailand Milli Assambleyasının Nümayəndələr Palatası (aşağı palata) yeni baş nazirin təsdiqlənməsi üçün xüsusi sessiya çağırıb.

Trend xəbər verir ki, baş nazir postu uğrunda iki namizəd mübarizə aparır – “Pxumçaytxay” Partiyasının lideri Anutin Çanvirakun və “Pxıa Txay” Partiyasından Çaykasem Nitisiri.

Konstitusiyaya əsasən, Tailandın 32-ci baş naziri açıq səsvermə ilə seçiləcək. Nümayəndələr Palatasının sədri Van Muhamad Nor Matha deputatları əlifba sırası ilə fərdi şəkildə çağıraraq səsverməni təşkil edəcək.

Qələbə qazanmaq üçün namizəd ən azı 247 səs toplamalıdır.

Xəbər lenti

Xəbər lenti