...

NASA 2030-cu illərdə Marsa pilotlu missiya göndərməyi planlaşdırır

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 03:51 (UTC +04:00)
NASA 2030-cu illərdə Marsa pilotlu missiya göndərməyi planlaşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ nəqliyyat naziri və NASA-nın administratoru vəzifəsini icra edən Şon Daffi “FoxNews”a müsahibəsində bildirib ki, agentlik 2030-cu illərin əvvəllərində Marsa ilk pilotlu missiyanı həyata keçirməyi planlaşdırır. Onun sözlərinə görə, yaxın vaxtlarda ABŞ Ayda baza qurmaq üçün faydalı yüklərin daşınmasına başlayacaq.

Trend xəbər verir ki, 2026-cı ilin yazında NASA dörd nəfərlik heyət daşıyan kosmik gəmini Ay ətrafına göndərməyi planlaşdırır. 2027-ci ildə isə astronavtların Aya enişi həyata keçiriləcək və onlar orada 8–12 gün qalacaqlar. Qeyd olunur ki, əvvəlki Ay missiyası cəmi üç gün davam etmişdi.

Yeni Ay proqramı uzunmüddətli strategiyanın bir hissəsi olaraq uzaq kosmosun mənimsənilməsinə yönəlir. 2019-cu ilin yazında NASA mərhələli “Artemis” proqramını təqdim edib. 2022-ci ilin noyabr-dekabr aylarında həyata keçirilmiş ilk mərhələdə “Orion” kosmik gəmisi Ayı dövrə vuraraq Yerə qayıdıb.

İkinci mərhələdə heyətlə birlikdə kosmik gəminin Ay ətrafında uçuşu planlaşdırılır, üçüncü mərhələdə isə astronavtların Aya enişi və sonrakı Mars missiyası nəzərdə tutulur. Qeyd olunur ki, “Artemis” proqramının ikinci və üçüncü mərhələlərinin vaxtı dəfələrlə təxirə salınıb.

2025-ci ilin avqustunda Şon Daffi Aya nüvə reaktorunun göndərilməsi planlarından da danışıb. Onun sözlərinə görə, nüvə enerji mənbəyinin Ayda istifadəsi Mars missiyaları və gələcək kosmos tədqiqatları üçün əsas baza rolunu oynayacaq.

Xəbər lenti

Xəbər lenti