Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Müdafiə Departamentinin adının Müharibə Departamenti kimi dəyişdirilməsi ilə bağlı sərəncam imzalamağa hazırlaşır.
Trend xəbər verir ki, bu barədə Fox News Digital məlumat yayıb.
Sərəncama əsasən, “Müharibə Departamenti” Müdafiə Departamentinin əlavə adı kimi istifadə ediləcək və hazırkı nazir Pit Heqset “Müharibə katibi” titulunu da daşıya biləcək.
Bundan başqa, sənəddə Heqsetə departamentin adının daimi şəkildə “Müharibə Departamenti” olaraq dəyişdirilməsi üçün həm qanunvericilik, həm də icraedici tədbirlər üzrə təkliflər hazırlamaq tapşırılır.