...

Əfqanıstanda son zəlzələdə 30-dan çox insan yaralanıb

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 14:33 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 4-də Əfqanıstanın şərqində baş vermiş zəlzələdə azı 31 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə Pakistan KİV-də bölgələrin rəsmilərinə istinadən məlumat yayılıb.

Nangərhar əyalətində aralarında uşaq və qadınlar olmaqla, 22 nəfər müxtəlif dərəcəli travmalar alıb. Zəlzələnin fəsadlara səbəb olduğu rayonlarda təcili yardım briqadaları göndərilib, ağır xəsarətlər almış zərərçəkənlərə tibbi yardım göstərilib.

Bundan başqa, Lağman əyalətində 9 nəfər yaralanıb.

Xatırladaq ki, ötən gün Hindquş dağlarında (Əfqanıstanın şərqində) 5,2 bal gücündə zəlzələ olub. Bundan əvvəl avqustun 31-də Əfqanıstanda ard-arda baş vermiş 6,2 və 5,5 bal gücündə zəlzələlər 2200-dən çox insanın həyatına son qoyub, 3600-dan çox insan yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti