...

Bu avtobusların idxalı üçün yeni gömrük rüsumu müəyyənləşdi

İqtisadiyyat Materials 5 Sentyabr 2025 14:19 (UTC +04:00)
Bu avtobusların idxalı üçün yeni gömrük rüsumu müəyyənləşdi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, oturacaqsız, tutacaqsız və monitor quraşdırılmamış olan elektrik mühərriklə hərəkətə gətirilən avtobusların hər ədədi üçün 15 faiz idxal gömrük rüsumu müəyyənləşib.

Digər qərarla İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə idxal olunan xarici iqtisadi fəaliyyətin mal nomenklaturunun “8702 40 000 2” alt yarımmövqeyində təsnifləşdirilən oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobuslar 2025-ci il avqustun 1-dən 2027-ci il yanvar 1-dək gömrük rüsumundan azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti