Bakı. Trend:
Azərbaycanda qeyri-neft özəl sektoru üzrə əmək müqavilələrinin sayı 1 milyonu keçib.
Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, 2019-cu ilin əvvəlindən indiyədək bu sektorda əmək müqavilələrinin sayı 470 minə yaxın və ya 87 % artıb: “Ümumi əmək müqavilələrinin 55 %-ə yaxını bu sektorun payına düşür”