...

İçərişəhərdə yeni xidmət mərkəzi fəaliyyətə başladı

Cəmiyyət Materials 5 Sentyabr 2025 12:13 (UTC +04:00)
İçərişəhərdə yeni xidmət mərkəzi fəaliyyətə başladı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İçərişəhər sakinlərinin rahatlığını təmin etmək məqsədilə, Böyük Qala küçəsi 41 ünvanında yeni Xidmət Mərkəzi fəaliyyətə başlayıb.

Trend xəbər verir ki, Mərkəz İçərişəhər sakinlərinə bir pəncərə prinsipi əsasında müxtəlif dövlət xidmətləri təqdim edir.

Burada sənəd qəbulundan tutmuş, müxtəlif sənədlərin rəsmiləşdirilməsi, sosial və hüquqi xidmətlərə qədər geniş bir xidmət çeşidi təqdim edilir.

Yeni yaradılan bu mərkəzin əsas məqsədi sakinlərin zamanına qənaət edərək operativ və effektiv xidmətlərin göstərilməsini təmin etməkdir. Mərkəz, həmçinin, şəffaflığın artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində mühüm addımlar atılmasına şərait yaradır.

Xidmət Mərkəzi həftə içi hər gün, saat 09:00-dan 18:00-a qədər fəaliyyət göstərir.

Əlaqə üçün telefon 492-11-75

Xəbər lenti

Xəbər lenti