Bakı. Trend:
Şri-Lankanın dağlıq bölgəsində sərnişin avtobusu yoldan çıxaraq, uçuruma yuvarlanıb.
Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
Hadisə nəticəsində azı 15 nəfər həyatını itirib, 16 nəfər yaralanıb.
Ağır yol nəqliyyat hadisəsi paytaxt Kolombodan 280 kilometr şərqdə yerləşən Vellavaya qəsəbəsi yaxınlığında gecə saatlarında baş verib.
Zərərçəkənlər arasında beş azyaşlının olduğu deyilir.