...

Gürcüstan prezidenti müxalifət liderlərini əfv edib

Dünya xəbərləri Materials 5 Sentyabr 2025 13:09 (UTC +04:00)
Gürcüstan prezidenti müxalifət liderlərini əfv edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan prezidenti Mixail Kavelaşvili müxalifət partiyası “Güclü Gürcüstan – Lelo”nun liderləri Mamuka Xazaradze və Badri Caparidzeni əfv edib.

Trend xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb.

“Bələdiyyə orqanlarına seçkilərin məhdud rəqabət şəraitində keçirildiyini düşünmək üçün heç kəsdə əsas qalmasın deyə, mən iki məhbusu – Mamuka Xazaradze və Badri Caparidzeni əfv etməyi qərara aldım”, - deyə Kavelaşvilinin bəyanatında deyilir.

Gürcüstan prezidentinin qeyd etdiyinə görə, 4 oktyabrda keçiriləcək bələdiyyə seçkiləri üçün seçki subyektlərinin qeydiyyatı prosesi başa çatıb. Qeydiyyata alınan partiyalar arasında liderləri həbsdə olan bir siyasi qurum – “Güclü Gürcüstan – Lelo” da var. Eyni zamanda, Kavelaşvili yazır ki, seçkilər “cinayət törədən heç bir siyasətçi üçün indulgensiyaya çevrilməməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti