Bakı. Trend:
Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Milli Məclisin sədri Sahibə Qafarova müraciəti nəzərə alaraq Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, sentyabrın 9-da Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclas keçiriləcək.