...

Sabah yağış yağacaq

Cəmiyyət Materials 5 Sentyabr 2025 12:40 (UTC +04:00)
Sabah yağış yağacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə +20 dərəcədən +25 dərəcəyədək, gündüz +28 dərəcədən +31 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +20 dərəcədən +25 dərəcəyədək, gündüz +32 dərəcədən +37 dərəcəyədək, dağlarda gecə +13 dərəcədən +18 dərəcəyədək, gündüz +23 dərəcədən +28 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti