...

Uruqvay, Kolumbiya və Paraqvay DÇ-2026-ya vəsiqə qazanıblar

İdman Materials 5 Sentyabr 2025 07:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Uruqvay, Kolumbiya və Paraqvay milli komandaları 2026-cı il futbol üzrə dünya çempionatının final mərhələsinə yüksəliblər.

Trend xəbər verir ki, Uruqvay yığması doğma meydanda Peruya 3:0 hesabı ilə qalib gəlib. Kolumbiya millisi də eyni hesabla Boliviyanı məğlub edib. Paraqvay isə evdə Ekvadorla qolsuz heç-heçə oynayıb.

Bu nəticələrdən sonra Argentina ilə səfərdə 0:3 hesabı ilə uduzan Venesuela (18 xal) artıq Uruqvay (27 xal), Kolumbiya (25 xal) və Paraqvaya (25 xal) çata bilməyəcək. Beləliklə, venesuelalılar mundiala birbaşa vəsiqə şansını itiriblər və turnir cədvəlində yeddinci yerdə qərarlaşıblar. Braziliya yığması isə Çilini məğlub edib.

Xatırladaq ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.

Paraqvay - Ekvador 0:0
Uruqvay - Peru 3:0
Kolumbiya - Boliviya 3:0
Argentina - Venesuela 3:0
Braziliya - Çili 3:0

Xəbər lenti

Xəbər lenti